"Fənərbağça" "Vest Hem"in hücumçusu Andrey Yarmolenkonu heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Football Insider"ə istinadən xəbər verir ki, gələn yay Premyer Liqa təmsilçisi ilə sözləşməsinin müddəti bitəcək olan Yarmolenko "Fənərbağça"nın hədəfindədir. "Vest Hem" 2 milyon avroya 31 yaşlı vingeri satmağı planlaşdırır.

Qeyd edək ki, Yarmolenkonun "Vest Hem"lə müqaviləsinin müddəti 2022-ci ilin ayında başa çatır.