"Barselona" futbolçusu Junior Firpo ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, 2019-cu ildən Kataloniya təmsilçisində forma geyinən 24 yaşlı müdafiəçi "Lids Yunayted"ə transfer olunub. Onunla 2025-ci ilədək müqavilə imzalanıb.

Premyer Liqa təmsilçisi ispaniya futbolçu üçün 15 milyon avro ödəyib. "Barselona" gələcək illərdə Firponun istənilən kluba transferindən 20% gəlir əldə edəcək. 

Qeyd edək ki, Junior Firpo "Barsa" ilə 41 oyuna çıxıb, 2 qol vurub.