“Arsenal” klubunun və Fransa millisinin əfsanəsi Patrik Vieyra “Kristal Palas”ın yeni baş məşqçisi təyin oluna bilər.

Offsideplus.az "Athletic"ə istinadən xəbər verir ki, “qartallar” 2021/2022 mövsümü başlamadan öncə 45 yaşlı mütəxəssislə müqavilə bağlamağı planlaşdırır. 

Qeyd edək ki, Vieyra ötən ilin dekabrında “Nitsa”dan qovulduğu vaxtdan bəri işsizdir.