“Brayton” klubu futbolçusu Danni Uelbekin müqaviləsini yeniləyib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Uelbek 2020-ci ilin oktyabrından “Brayton”da çıxış edir. Hücumçu ötən mövsüm 24 oyunda 6 qolla yadda qalıb.