"Napoli"nin baş məşqçisi Mauritsio Sarri klubunda qalmaq niyyətindədir.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, adı "Çelsi" ilə hallanan 59 yaşlı mütəxəsis bu keçidə razı deyil. İtaliya A seriyasında "Napoli" ilə bu mövsüm ikincilik qazanan təcrübəli çalışdırıcı həmyerlisi Konteni əvəzləmək niyyətində deyil. Onun "Napoli"nin prezidenti Aurelyo de Laurentislə görüşərək müqaviləsinin vaxtının uzadılmasını istədiyi bildirilir.
Qeyd edək ki, Sarri 2015-ci ildən "Napoli"ni çalışdırır.