Marselonun "Real"dakı gələcəyi işıqlı görünmür.

Başa çatan mövsümdə ehtiyat oyunçular skamyasının "bəzəyinə" çevrilən braziliyalı müdafiəçi üçün "11-lik"də möhkəmlənmək çətin olacaq. 

Offsideplus.az "The Mirror"a istinadla xəbər verir ki, 33 yaşl müdafiəçi ilə İngiltərə Premyer Liqasının iki təmsilçisi yaxından maraqlanır. Bunlar "Everton"la "Lids"dir. Xüsusən liverpulluların istəyinə çatacağı inandırıcı görünür. Marselonun özü də "Real"ı tərk etmək niyyətindədir. 

Qeyd edək ki, ulduz futbolçunun "Real"la müqaviləsi 2022-ci ilin iyununa qədərdir.