"Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Vilyarreal"dan Pau Torresi transfer etmək istəyir. Premyer Liqa təmsilçisi 24 yaşlı müdafiəçini komandadan ayrılacağı gözlənilən Emerik Laportun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Torres başa çatan mövsüm 33 oyunda 2 qol vurub.