Devid Moyes "Vest Hem"i tərk etməyəcək.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis London təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Şotlandiyalı çalışdırıcı 2019-cu ildən "Vest Hem" komandasına başçılıq edir.

Qeyd edək ki, Moyesin adı "Everton" klubu ilə hallanırdı. O, daha öncə "Everton", "Mançester Yunayted" və "Real Sosyedad" komandalarını çalışdırıb.