Qışda "Çelsi"dən uzaqlaşdırılan Frenk Lempard yenidən "sükan" arxasına keçməyə yaxındır.
Offsideplus.az "Daily Mirror"a istinadla xəbər verir ki, "Kristal Palas" rəhbərliyi 42 yaşlı mütəxəssisi komandaya cəlb etmək üçün hərəkətə keçib. Nunu Eşpiritu Santu ilə danışıqlar müsbət nəticə vermədiyindən, londonlular Lempardı hədəfə alıb. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, 2018-19-cu illər aralığında "Derbi Kaunti"ni çalışdıran İngiltərə millisinin sabiq kapitanı, 2019-2021-ci illər aralığında "Çelsi"də əsas söz sahibi olub. Yanvardan bu yana işsizdir.