"Mançester Yunayted" heyətini ingiltərəli vinger ilə gücləndirəcək.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Borussiya"nın futbolçusu Ceydon Sançonun nümayəndələri ilə razılığa gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilədək anlaşma əldə edilib. Ceydonun heç bir narazılığı yoxdur.
Dortmund təmsilçisi ilə danışıqlar isə yenicə başlayıb. Mançester klubu 95 milyon avro təklif etsə də, "Borussiya" hələ ki, qərarını açıqlamır.
Qeyd edək ki, Ceydon Sançonun "arılar"la müqaviləsi 2023-cü ildə başa çatır.