2020-21 mövsümü üzrə UEFA Çempionlar Liqasını qazanan "Çelsi" futbolçuları ilə yeni müqavilə bağlayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Zadəganlar" ilk növbədə baş məşqçi Tomas Tuxellə yollarını davam edəcək. Yaxın günlərdə ona uzunmüddətli müqavilə təklif olunacaq.

Azad agent olaraq 2020-ci ilin avqustunda PSJ-dən keçən Tiaqo Silva daha bir il komandada qalacaq. Braziliyalı müdafiəçinin müqaviləsindəki daha bir il detalı qüvvəyə minəcək.

"Çelsi" "Siti" ilə qarşılaşmada matçın adamı mükafatını qazana Nqolo Kanteyə uzunmüddətli müqavilə təklifi etməyi hazırlaşır.

Rəhbərlik 22 yaşlı yarımmüdafiəçi Meyson Mauntu satmağı ağlından belə keçirmir. Gənc ulduz toxunulmazdır.