Yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək sonuncu komanda da məlum olub.

Offsideplus.az xəbər verir ki, bu, "Brentford" olub. Komanda pley-off qarşılaşmasında "Suonsi Siti" üzərində 2:0 hesablı qələbə qazanıb. Bununla da komanda elitaya vəsiqə əldə edib.

Qeyd edək ki, daha əvvəl "Norviç Siti" və "Uotford" Premyer Liqaya vəsiqə qazanıb.