Premyer Liqada cari mövsümü 5-ci pillədə tamamlayan "Lester" heyətini daha bir türkiyəli futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "tülkülər" müqavilə ilə "Şalke"yə məxsus olan və hazırda icarə əsasında "Liverpul"da çıxış edən Ozan Kabakı sıralarına qatmağa hazırlaşır. "Liverpul"un 21 yaşlı müdafiəçinin transfer hüququnu almaqdan imtina etməsindən sonra "Lester" bu keçid üçün hərəkətə başlayıb.
Komandanın baş məşqçisi Brendan Rocers onun arxa xəttdə həmyerlisi Çağlar Söyüncü ilə tandemini təşkil edmək istəyir.
Qeyd edək ki, Kabak bu mövsüm "Liverpul" forması ilə 9 Premyer Liqa, 4 Çempionlar Liqası matçında iştirak edib.