"Mançester Yunayted" mövsümlərarası fasilədə yarımımmüdafiəçi ilə güclənmək istəyir.

Lakin bu məsələ ilə bağlı futbolçularla baş məşqçi arasında fikir mübadiləsi yaşanmaqdadır.

Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, futbolçular "Aston Villa"nın ulduzu Cek Qrilişi yanlarında görmək istəyir. Lakin baş məşqçi Ole-Qunnar Sulşer isə oyun üslubunu bəyəndiyi Ceydon Sançonun transferində maraqlıdır. Lakin iş burasındadır ki, Dortmund "Borussiya"sı Sançonun transferi üçün daha çox pul tələb edir.