Müqavilə ilə "Real"a məxsus olub, son mövsümü icarə əsasında "Tottenhem"də keçirən Qaret Beyldən xəbər var.
Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, ulduz futbolçu gələcəyi ilə bağlı qərarını verib. Lakin açıqlamasında qərarla bağlı heç nə deməyib: "Nə edəcəyimi yaxşı bilirəm. Amma indiki anda nəsə desəm, xaosa səbəb olacaq. Bu barədə sonra danışacağam".
Qeyd edək ki, Beyl "Tottenhem"də meydana çıxdığı 34 matçda 16 qol vurub.