Premyer Liqasının 2020-21 mövsümü üzrə sonuncu turunda "Mançester Siti" "Everton"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" rəqib qapısından 5 cavabsız qol keçirib. Meydana 65-ci dəqiqədə daxil olan Serxio Aquero 11 dəqiqə sonra dubl edib. Bununla da, 33 yşlı hücumçu "Mançester Siti"də vurduğu qolların sayını 184-ə çatdırıb. O, Ueyn Runinin "Mançester Yunayted"lə rekordunu (184 qol) qıraraq, İngiltərə Premyer Liqasında bir klubla ən çox qol vuran futbolçu ünvanını ələ keçirib.
Qeyd edək ki, Serxio Aquero "Siti"ni tərk edəcək. Onun növbəti karyerasını "Barselona"da davam etdirəcəyi gözlənilir.