"Mançester Siti" mövsümün sonu yollarını ayıracaq Serxio Aqueronu əvəzləmək üçün 4 nəfərlik siyahı hazırlayıb.
Offsideplus.az "The Times"a istinadən xəbər verir ki, "şəhərlilər" "Borussiya"dan Erlinq Haaland, "Tottenhem"dən Harri Keyn, "Ayntraxt"dan Andre Silva və "İnter"dən Lautaro Martineslə yaxından maraqlanır.
21 qolla bu mövsüm Premyer Liqada bombardir olan Harri Keynin "Tottenhem"dən ayrılacağı gözlənilir. Klub Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 27 yaşlı forvard 2009-cu ildən çıxış etdiyi komandası ilə vidalaşacaq.
Cari mövsüm bütün turnirlərdə ümumilikdə 39 qola imza atan Haalandın özünə yeni komanda axtardığı gizli deyil.
"Siti"nin Aqueronun yerinə gətirmək istədiyi futbolçlular arasında Lautaro Martines və Andre Silvanın adları var.