İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Siti" "Nyukasl Yunayted"in qonağı olub. 

Offsideplus.az  xəbər verir ki, "şəhərlilər" geri düşdükləri matçı Ferran Torresin het-triki ilə qazanıblar: 3:4. İspaniyalı forvard Xosep Qvardiolanın rəhbərliyi altında het-trik edən ən gənc oyunçu olub (Ferran Torres - 21 yaş 75 gün; Lionel Messi - 22 yaş 200 gün)

Bundan əlavə, "Mançester Siti" Premyer Liqada ardıcıl 12 səfər oyununu qazanan ilk komanda olub.

Oyunun icmalını təqdim edirik:

"Nyukasl Yunayted" - "Mançester Siti" 3:4 (E.Kraft, 25. Jolinton, 45+6-pen. C.Uillok, 62. - X.Kanselo, 39. F.Torres, 42, 64. 66.)