"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard "Kristal Palas"ın sükanı arxasına keçə bilər.

Offsideplus.az "Telegraph"a istinadən xəbər verir ki, Roy Hocsonun bu yay klubu ilə müqaviləsi başa çatır. 4 ildir "Kristal Palas"ı çalışdıran 73 yaşlı mütəxəssisin komandadan ayrılacağı gözlənilir. Onun yerinə gələcək əsas namizəd isə Frenk Lemparddır.

Qeyd edək ki, "Kristal Palas" hazırda turnir cədvəlində 41 xalla 13-cü yerdədir.

Xatırladaq ki, yanvarın 25-də Lempardla yollarını ayırdığını açıqlayan "zadəganlar" bir gün sonra Tomas Tuxeli onun yerinə gətirmişdi.