"Mançester Siti"nin fransalı müdafiəçisi Aymerik Laporte İspaniya vətəndaşlığına keçib. 

Offsideplus.az xəbər verir ki, bir müddət öncə vətəndaşlıq üçün müraciət edən futbolçunun müraciəti qəbul olunub. Bu günə qədər Fransanın əsas yığma komandasında heç vaxt forma geyinməyən 26 yaşlı müdafiəçi İspaniya millisində çıxış edə biləcək.

Qeyd edək ki, Laporte karyerası boyunca aşağı yaş qrupları üzrə Fransa millisində 51 oyuna çıxıb. Baskoniya əsilli oyunçu 2018-ci ildə "Atletik Bilbao"dan 65 milyon avroya "şəhərlilər"ə transfer olunmuşdu.