"Mançester Yunayted" klubu futbolçusu Edinson Kavani ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı uruqvaylı hücumçu ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddəti 2022-ci ilin iyununa uzadılıb.

Qeyd edək ki, Kavani ötən ilin oktyabrında azad agenti kimi Mançester təmsilçisinə keçib.