"Arsenal"ın sahibi Sten Kronke klubu satışa çıxarmağa hazırlaşır.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, azarkeşlərin təzyiqinə görə amerikalı milyarder İngiltərə klubunu satacaq. "Arsenal"ın yeni sahibinin "Spotify" platformasının yaradıcısı Daniel Ek olacağı gözlənilir.

İki ildir ki, satılacağı bildirilən İngiltərə təmsilçisinin qiyməti 1,7 milyard funt-sterlinqdir.

Qeyd edək ki, tərəfdarlar mayın 6-da baş tutacaq "Arsenal" - "Vilyarreal" matçından öncə "Kroenke Out" ("Kronke tərk et") deyə, etiraz aksiyası keçirəcək.