"Çelsi" yayda "Yuventus"un futbolçusu ilə güclənmək istəyir.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, "zadəganlar" "Barselona"nın da hədəflədiyi Andrien Rabyonun transferində maraqlıdır. Turinlilər maddi gəlir qazanmaq üçün 26 yaşlı fransızı 20 milyon avroya satmağa hazırdır. Qalır Rubyonun "Barselona" ilə "Çelsi" arasında seçim etməsi.
Qeyd edək ki, Fransa millisinin də şərəfini qoruyan futbolçu cari mövsümdə "Yuventus"un heyətində 41 matçda forma geyinməklə 3 qol vurub, 2 məhsuldar ötürmə verib.



