"Mançester Yunayted" futbolçusu Erik Bayi ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı müdafiəçi ilə yeni anlaşma imzalayıb. Bayi ilə müqavilənin müddəti  2024-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, "Mançester Yunayted"lə bu mövsüm 15 oyuna çıxan Erik Bayi bir məhsuldar ötürmə ilə yadda qalıb.