"Tottenhem" rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, klubdakı əsas söz sahibləri aprelin 19-da komandadan uzaqlaşdırılan Joze Mourinyonu əvəz edə biləcək mütəxəssislərin siyahısını hazırlayıb. Siyahıya "Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann başçılıq edir. Onunla yanaşı "Atletik"li Marselinyo, "Lester"li Brendan Rocers və Belçika millisində əsas söz sahibi olan Robert Martinesin adı kiçik siyahıda yer alıb. 

Qeyd edək ki, komandaya hazırda müvəqqəti olaraq Rayan Meyson rəhbərlik edir.