"Kristal Palas" klubu "Mançester Siti"nin sabiq futbolçusu Patrik Vieyranı baş məşqçi postuna gətirmək istəyir.
Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, mövsümün sonunda Roy Hocsonla yolların ayrılacağı gözlənilən london təmsilçisinin, 44 yaşlı fransalı məşqçini "sükanı arxasına" gətirməyi planlayır.
Qeyd edək ki, Patrik Vieyra futbolçu kimi "Milan", "Arsenal", "Yuventus", "Inter" kimi komandalarda forma geyinib. Məşqçiliyə Amerikanın "Nyu York Siti " klubunda başlayan Vieyra 2016 - 2018 -ci illər aralığında bu klubu çalışdırıb. Son iş yeri isə Fransanın "Nitsa" klubu olub. 2017-ci ildən kluba başçılıq edən Roy Hocsonun komandası isə bu mövsüm Premyer Liqada 31 oyuna 38 xal toplayaraq, turnir cədvəlində 13-cü pillədə qərarlaşır.