Bruno Fernandeşin "Mançester Yunayted"dəki gələcəyi Pol Poqbaya bağlıdır.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bir şərtlə "qırmızı şeytanlar"la yeni müqavilə imzalamağa hazırdır. 26 yaşlı oyunçu, komanda yoldaşı Pol Poqbanın "Mançester Yunayted"də qalmağını istəyir.
Qeyd edək ki, 2025-ci ilədək anlaşması olan Bruno Fernandeş, bu mövsüm 32 maçta 16 qol vurub, 11 məhsuldar ötürmə edib. Gələn ilin yayı müqaviləsi başa çatan Poqba isə 22 oyunaa 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.