Böyük Britaniyanın Baş naziri Boris Conson İngiltərə klublarının yeni yaradılan liqadan çıxmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Conson bu barədə Tvitter hesabında paylaşım edib:

"Premyer Liqa klubları vacib qərar verdi. Bu, futbol azarkeşlərinin, klubların, ölkədəki bütün futbol ictimaiyyətinin mənafeyi baxımından vacib qərardır. Biz milli oyunumuzu qorumağa davam etməliyik".

Qeyd edək ki, İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" klubları Avropa Super Liqasının tərkibindən çıxıb. Bundan sonra təşkilat fəaliyyətini dayandırdığını açıqlayıb.