Daha bir ukraynalı futbolçu karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az "Voetbalprimeur"a istinadla xəbər verir ki, Roman Yaremçukla Premyer Liqa təmsilçiləri yaxından maraqlanır. Konkretləşdirsək, "Arsenal"la "Vulverhempton" "Gent"in hücumçusunun xidmətində maraqlıdır. Mövsüm başa çatandan sonra transferin gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə "Genk" formasından meydana çıxdığı 36 oyunda 18 qol vurub, 6 qolun ötürməsini verib.