"Lill" klubunun türkiyəli ulduzu Yusuf Yazıcı "Arsenal"a keçə bilər.

Offsideplus.az "HaberTürk"ə istinadən xəbər verir ki, "topçular" 24 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün "Lill"ə 60 milyon avroluq rəsmi təklif göndərib.

Fransa təmsilçisi isə sözügedən futbolçunu 80 milyondan az qiymətə satmayacağını bildirib.

Qeyd edək ki, Yusuf Yazıcı bu mövsüm bütün turnirlər daxil olmaqla "Lill" forması ilə 22 oyuna çıxıb və 13 qol, 5 məhsuldar ötürməlik performansla yadda qalıb.