"Tottenhem"in futbolçusu Qaret Beyl maraqlı açıqlamaları ilə gündəm olub.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yadplanetlilərə inandığını və gördüyünü deyib. O bu barədə klubun "Youtube" kanalına dabışıb:
“Bu mövzuda bir çox nəzəriyyə var. ABŞ höküməti yadplanetlilərin videogörüntüsünü yayımlamışdı. Yadplanetlilər var, buna 100% əminəm. Bilirəm ki, bəzi yadplanetlilər hökümətin gizli işləridir. Amma mən özüm də yadplanetli görmüşəm”.