Cengiz Ünderin Premyer Liqa macərası başa çatır.
Offsideplus.az xəbər verir ki, ötən yay 3 milyon avro qarşılığında "Roma"dan icarəyə götürülən türkiyəli futbolçu "Lester"də qalmayacaq. İngiltərə klubundan verilən açıqlamada 23 yaşlı futbolçunun istedadlı olduğu, lakin Premyer Liqaya alışmaqda çətinlik çəkdiyi vurğulanıb. Yayda "Roma"ya qayıdacaq Ünderə görə artıq indidən "Fənərbağça" "qollarını çırmalayıb". Klubun idman direktoru Emre Belözoğlu İtaliyadakı əlaqələrindən istifadə edib "solaxay"ı İstanbula gətirmək niyyətindədir.
Qeyd edək ki, Cengiz cari mövsümdə bütün turnirlər daxil olmaqla "Lester" formasında 19 oyuna çıxaraq 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Fevralda "Arsenal"la matçda aldığı zədə səbəbindən bir aydır yaşıl meydanlardan uzaq düşüb.