İngiltərə Premyer Liqasını tərk edən ilk klub məlum olub. 

Offsideplus.az xəbər verir ki, sözügedən klub  "Stok Siti"dir. Komanda çempionatın 37-ci turunda "Kristal Pelas" 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətlə klubun turniri son 3 pillədən birində başa vuracağı rəsmiləşib.

 Qeyd edək ki, "Stok Siti" son 10 mövsüm idi Premyer Liqada çıxış edirdi.