"Çelsi" Erlinq Haaland keçidini reallaşdıra bilməsə, əvəzinə gətirəcəyi digər futbolçunu seçib.
Offsideplus.az "Telegraph"a istinadən xəbər verir ki, "zadəganlar" sabiq futbolçusu Romelu Lukakunu heyətinə qatmağı düşünür. Belə ki, Erlinq Haaland uğrunda "Real", "Barselona", "Siti" kimi Avropa nəhəngləri ilə yarışan "Çelsi" rəhbərliyi bu yay "Borussiya"lı forvardı transfer edə bilməsə, yerinə "İnter"li Lukakunu gətirəcək.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2011-2014-cü illərdə İngiltərə klubunun şərəfini qoruyub.