İngiltərə Premyer Liqası klubu "Lids Yunayted"in məşhur futbolçusu Piter Lorimer dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, "Lids"in əfsanə oyunçusu 74 yaşında uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Şotlandiyalı keçmiş hücumçu "tovuz quşları"nın heyətində 705 oyuna 238 qolla klub tarixinin bombardiridir.