Cari mövsümün sonunda Edinson Kavaninin "Mançester Yunayted"dən ayrılacağı dəqiqləşib.

Offsideplus.az "Football Insider"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" iyunda müqaviləsinin müddəti başa çatan 34 yaşlı forvarda yeni anlaşma təklif etmək istəmir. Uruqvaylı hücumçunun Argentina klubu "Boka Xuniors" ilə şifahi razılığa gəldiyi bildirilir. 

Qeyd edək ki, Kavaninin "Mançester Yunayted"i tərk etməsi kluba sərf edir. Həftəyə 210 min funt-sterlinq qazanan Edi, "qırmızı şeytanlar"ın ən çox gəlir əldə edən 4-cü futbolçusudur.