"Everton" və İngiltərə millisinin qapıçısı Cordan Pikford zədələnib.
Offsidepus.az xəbər verir ki, martın 13-də "Bernli" ilə oyunda sıradan çıxan qolkiper bir ay yaşıl meydanlardan uzaq qalacaq. Beləliklə, Pikford 2022-ci il dünya çempionatının ilk üç seçmə oyununda iştirak etməyəcək.
Qeyd edək ki, İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsində martın 25-də San Marino, martın 28-də Albaniya, martın 31-də isə Polşa ilə qarşılaşacaq.