"Şeffild Yunayted" baş məşqçisi Kris Uilderlə vidalaşıb.

Offsideplus.az klubun rəsmi daytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu, mövsümün sonunadək "Lids Yunayted"in sabiq çalışdırıcısı Pol Hekinbottom əvəzləyəcək. 

Qeyd edək ki, bu mövsüm 14 xal topayan "Şeffild Yunayted" turnir cədvəlində sonuncudur.