“Mançester Yunayted” hücumçusu Edinson Kavani ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” 34 yaşlı hücumçunun müqaviləsini yeniləməyəcək.
Forvardın yayda Argentinanın “Boka Xuniors” klubuna keçəcəyi gözlənilir. Uruqvaylı hücumçu “Mançester Yunayted”lə Premyer Liqada 18 oyuna 6 qol vurub.
Qeyd edək ki, Kavaninin atası bu günlərdə oğlunun İngiltərədə yaşamaqdan sıxıldığını və bu səbəbdən ölkəni tərk etmək istədiyini bildirmişdi.