"Vilyareal"ın müdafiəçisi Pau Torres katryerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, 24 yaşlı ispan futbolçuyla "Mançester Yunayted" yaxından maraqlanır. Mövsüm başa çatandan sonra klublar arasında yekun danışıqlar aparılacaq. "Vilyareal" Torresə 65 milyon avro qiymət qoyub. İspaniya millisinin üzvünün klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 32 matçda forma geyinən müdafiəçinin aktivində 3 qol var.