Serxio Aquero yayda "Maçester Siti"ni tərk edəcək.
Offsideplus.az AS-a istinadla xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola növbəti mövsümdə argentinalı ulduzu sərəncamında görmək istəmir. Elə buna görə də rəhbərlikdən mövsüm başa çatandan sonra satılmasını istəyib. Aqueronun özü də satılmasının tərəfdarıdır. Cari mövsümdə cəmi 11 oyunda şans qazanması səbəbkarı razı sala bilməz.
Qeyd edək ki, Qvardiola martın 10-da verdiyi açıqlamada Serxionun gələcəyi ilə bağlı mövsümün sonunda götür-qoy edəcəklər. Məşhur futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2021-ci ilin dekabrına qədərdir.