Edinson Kavaninin "Mançester Yunayted"dəki gələcəyi qeyri-müəyyəndir.
Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, 34 yaşlı hücumçu qərar verməkdə tələsmir. Belə ki, "qırmızı şeytanlar"la müqaviləsi yayda bitəcək uruqvaylı futbolçu "Boka Xuniors"dan cəlbedici təklif alıb. İndi o, yol ayırcındadır. Ya karyerasını aparıcı Avropa komandasında davam etdirməlidir, ya da mütəmadi oynayacağı və ölkəsinə yaxın olan Argentinaya üz tutmalıdır. Odur ki, Kavani yeni müqavilə şərtləri ilə bağlı düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, cari mövsümdə "Mançester Yunayted"in heyətində 25 oyunda forma geyinən Edinson 7 qol vurub, 2 məhsuldar ötürmə verib.