"Lester"in oyunçusu Cengiz Ünder zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Brendan Rocers açıqlama verib. 48 yaşlı mütəxəssis "Brayton"la səfər qarşılaşmasında (1:2) zədələnən 23 yaşlı yarımmüdafiəçinin sıradan çıxdığını bildirib. 

Türkiyəli oyunçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.