İngiltərənin "Uotford" klubu yeni transferini reallaşdırıb.

 Offsideplus.az xəbər verir ki, "marallar"  Kolumbiya milli komandasının sabiq üzvü Karlos Sançesi heyətinə qatıb.

35 yaşlı müdafiəçi sözügedən klubla müqavilə imzalayıb.

Sançes mövsümün sonuna qədər “Uotford”un şərəfini qoruyacaq.