"Mançester Yunayted" klubunun uruqvaylı hücumçusu Edinson Kavani zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı forvardın bu gündən etibarən komanda ilə məşqlərə qoşulduğu bildirilib.
Futbolçunun Premyer Liqanın növbəti turunda "Kristal Pelas"la matçda meydanda olacağı gözlənilir.
Qeyd edək ki, Kavani zədə səbəbi ilə 4 qarşılaşmanı buraxıb.