İngiltərə Premyer Liqasının 26-cı turunun mərkəzi oyunu olan "Çelsi" - "Mançester Yunayted" matçında maraqlı anlar yaşanıb.
Belə ki, meydan sahiblərinin müdafiəçisi Antonio Rüdiger meydanın özlərinə aid hissəsindən fərdi reyd edərək, xeyli irəliləyib.
Onun bu hərəkəti şərhçi Tərlan Şahinoğlunu heyrətləndirib. Məşhur şərhçimiz almaniyalı müdafiəçinin bu reydini "bərəkallah" sözü ilə "mədh edib".