PSJ-də  ayrılıq baş verə bilər.

Belə ki parislilərin braziliyalı futbolçusu Lukas Moura karyerasını İngiltərə davam etdirə bilər. Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçini “Mançester Yunayted” icarəyə götürmək istəyir.

PSJ-nin də Mouranı icarəyə göndərməyi planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Moura ilə İtaliya və Çin klubları da maraqlanır. Futbolçu özü də daima oynaya biləcəyi bir kluba keçmək istəyir.

qol.az