İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın gənc ulduzuna "elçi" düşüb.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Kataloniya təmsilçisinin 18 yaşlı futbolçusu Ansu Fatini heyətinə qatmaq niyyətindədir.

Premyer Liqa nəhəngi ispan vinger üçün  "Barselona"ya 173 milyon avro təklif edib.

Lakin Kataloniya klubu bu təklifi geri çevirib.

Qeyd edək ki, Ansu Fati 2019-cu ildən "Barselona"da çıxış edir.