"Tottenhem"in ulduzu Hin Min Son İtaliya nəhənginin hədəfindədir.

Offsideplus.az Calciomercato-ya istinadən xəbər verir ki, "Yuventus" 28 yaşlı forvardı heyətinə qatmaq istəyir. Keçidi yayda həyata keçirmək istəyən Turin klubu rəhbərliyi 78 milyon funt sterlinq (108 milyon dollar) ödəniş etməyə hazırdır.

Qeyd edək ki, Son bu mövsüm "Tottenhem"də 13 qol vurub, 6 məhsuldar ötürmə verib.