"Arsenal" ulduz futbolçusu Pyer-Emerik Obameyanq barədə araşdırma başladıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb qabonlu forvardın koronavirus qaydalarını pozduğu ehtimalıdır. Obameyanqın tato etdirərək COVİD-19 qaydalarını pozduğu bildirilir.
Belə ki, "topçular"ın rəhbərliyi qarşıdakı günlər ərzində 31 yaşlı futbolçu ilə görüşərək məsələyə aydınlıq gətirəcək.